Azəri Ekspress şirkəti 1997-ci ildən yaranmış Azərbaycanın kuryer sektorundakı ilkin şirkətlərdən biridir.

1998-ci ildə  TNT Express şirkətinin Azərbaycanda olan yeganə rəsmi nümayəndəliyi kimi fəaliyyətinə davam etmişdir.

Qlobal iqtisadiyyatda peşəkar iş aparmağın müasir üsulu, formalaşmış korporativ strategiya, marketinq və  marka planı, HSE, ABC və HR siyasəti ilə fəaliyyət göstərməsi həm də 2018-ci ilin sentyabr ayında Federal Express şirkətinin öz Azərbaycanda olan yeganə rəsmi nümayəndəliyi kimi Azəri Ekspress şirkətini seçməyində  əsas amillərdən oluşdur.

TNT və FedEx şirkətlərinin nümayəndəliyi olan Azəri Ekspress vasitəsi ilə Siz dünyanın 220 ölkəsinə məktub və bağlamalarınızı göndərə bilərsiniz.

Ölkənin qabaqcıl şirkətləri ilə uzunmüddətli əməkdaşlıqda özünü güvənilir tərəfdaş kimi göstərən Azəri Ekspress şirkəti beynəlxalq daşınmalardan əlavə olaraq müştərilərinə bir çox servislər təqdim edir.